Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az -a verilən məlumata görə, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən hər iki görüşdə Xəzər Babazadəyə qalib gələn Vüqar Rəsulov bürünc medal qazanıb.
Çempionluğun taleyi Aydın Süleymanlı ilə Məhəmməd Muradlı arasında baş tutan finalda həll olunub. İlk partiya heç-heçə başa çatıb. Bu gün keçirilən cavab oyununda Aydın Süleymanlı qələbə qazanıb. Ümumi hesabda 1,5:0,5 hesabı ilə üstün olan A.Süleymanlı karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub.
Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb. Seçmə komanda Almatı Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışı keçəcək.
Futzal üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.
Hər birimiz İstanbuldakı turnirə lisenziya qazanmaq üçün gedirik.